“Google” yeni "Android" versiyasını təqdim etdi

20 Fevral 2020 19:58 (UTC+04:00)

“Google” şirkəti proqram əlavələri tərtib edənlər üçün “Android 11” əməliyyat sistemini hazırlayıb.

AzNews.az “9to5google”a istinadən xəbər verir ki, gələcək müştərilər əvvəlcədən üstün və əskik cəhətlərini dəyərləndirib göstərə bilsinlər deyə, bu məsələ həmişəkindən daha tez açıqlandı.

“Pixel” seriyalı smartfonlara qurula bilən yeni “Android” versiyasının əsas üstünlüyü əlavələrdən mikrofona, kameraya, locationa daimi yox, birdəfəlik əsasla çıxmaq imkanı yaratmasıdır.

Bununla yanaşı, biometrik məlumatlarla tanıma sistemi dəyişdirilib, məlumatların saxlama və ötürülməsi daha təhlükəsiz hala gətirilib. İsmarıc göndərmə və alma xidməti, uzun "screen shot" sistemi yenilənib.