Hafiz Hacıyev seçkilərdən sonra xəstəxanaya düşdü

21 Fevral 2020 15:50 (UTC+04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranıb.

AzNews.az xəbər verir ki, o, bu barədə Axeber.az-a bildirib.

H.Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya müayinəyə getdiyini deyib: "Hələ ki, müayinə üçün gəlmişəm. Ola bilər ki, həkimin məsləhətilə burada qalıb müalicə olunmağıma ehtiyac olsun".