Türkiyə İdlibdə hərbi parad keçirdi

21 Fevral 2020 19:58 (UTC+04:00)

Türkiyə ordusu Suriyanın İdlib şəhərinin mərkəzində sakinlərə hərbi texnikasını nümayiş etdirib.

AzNews.az xəbər verir ki, bunu “Bild” nəşrinin müxbiri Culian Röpke öz “Twitter” səhifəsində yazıb: “İnanırsınız, ya yox. İdlibin mərkəzində Türkiyənin hərbi paradı keçirilir. “Etimadın möhkəmləndirilməsi tədbirləridir” deyə düşünürəm”.