Manaf Ağayev polisə çağrılıb - Üzr istədi

21 Fevral 2020 19:46 (UTC+04:00)

Müğənni Manaf Ağayev efirdə arvadının başını kəsə biləcəyi barədə çıxışına görə polisə dəvət olunub.

AzNews.az xəbər verir ki, müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, onunla profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, hərəkətindən peşiman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya təsdiq edib.