Ləğv edilən məntəqələrin üzvləri cəzalandırılacaq

21 Fevral 2020 20:11 (UTC+04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pınahov ləğv edilən məntəqələrin üzvlərinin cəzalandırılmasından danışıb.

AzNews.az-ın verdiyi xəbərə görə, M.Pənahov bildirib ki, nəticələri etibarsız hesab edilərək ləğv edilən məntəqələrdə araşdırma aparılacaq və lazımi tədbir görüləcək:

“Məntəqə üzvləri tərəfindən pozuntular qeydə alınan yerlərdə növbəti seçkidə məntəqə üzvləri həmin şəxslər olmayacaqlar, onlar bu formada cəzalandırılacaqlar. Siz də bunun şahidi olacaqsınız”.