BƏƏ-də koronavirusa yoluxanların sayı artdı

21 Fevral 2020 21:10 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

AzNews.az “Anadolu”ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 11-ə çatıb.

Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus (COVID-19) 2 200-dən artıq insanın həyatına son qoyub.