Türkiyədə Şəki parkı açıldı - FOTO

25 May 2013 17:25 (UTC+04:00)
Şəki bələdiyyə başçısı Fikrət Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedib. Konya vilayətinin Meram rayonunda "Şəki" parkının açılışında iştirak edən Fikrət Cəfərov Şəki şəhərindən apardığı torpağı bu parka səpib.

Meram bələdiyəsinin sədrinə milli Azərbaycan papağı hədiyyə edən Fikrət Cəfərov rayonda Şəki şəhərinin adına park salındığı üçün məmnun olduğunu bildirib.

Şəkidən gələn qonaqlara təşəkkürünü bildirən Meram bələdiyyəsinin sədri Sərdar Kalaycı yaxın zamanda Şəkiyə gələcəyini və Meram torpağı gətirəcəyini bildirib.

Xatırladaq ki, ötən il imzalanan protokolla Şəki və Meram qardaş şəhərlər elan olunub. //anspress//

AzNews.az