Bakıda "Mercedes" yanıb

22 Fevral 2020 11:06 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.