MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

22 Fevral 2020 11:20 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftə Milli Məclisə keçirilən seçkilərə yekun vuracaq.

AzNews.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır.

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.