Zibilqabıdan yeni doğulmuş körpə meyiti tapıldı

22 Fevral 2020 12:23 (UTC+04:00)

Sumqayıtda zibilqabıdan meyit tapılıb.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Həmin ərazidəki zibilqablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.