Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi

22 Fevral 2020 16:18 (UTC+04:00)

Türkiyə ordusu Suriya ilə sərhəd bölgəyə yeni hava hücumundan müdafiə sistemi göndərib.

AzNews.az xəbər verir ki, bunu TRT-nin əməkdaşı Ali Özkök “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, söhbət “Atılgan ASELSAN”dan gedir. Bu, aşağı məsafədə uçan hava hücumlarını dəf etmək üçün nəzərdə tutulan Türkiyə istehsalı silahdır.