Azərbaycan Prezidenti Sultana təbrik məktubu göndərib

22 Fevral 2020 18:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiahaya təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubun mətnində deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda dost Bruney xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcək və dərinləşəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah diləyirəm".