Peruda sel və daşqınlar nəticəsində 4 nəfər ölüb

23 Fevral 2020 11:58 (UTC+04:00)

Perunun Takna vilayətində leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb.

AzNews.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 20 nəfərdən çoxdur.

Takna şəhərində yaşayış evlərinə də ciddi ziyan dəyib.

Hazırda İtkin düşdüyü ehtimal edilən insanların axtarışı aparılır.