Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bağlandı

23 Fevral 2020 15:33 (UTC+04:00)

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

AzNews.az "Report"-a istinadən xəbər verir ki, məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.