İranda və Türkiyədə güclü zəlzələ olub

24 Fevral 2020 09:00 (UTC+04:00)

İranda 4,6 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ravar şəhərindən 29 kilometr şimal-qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi öz növbəsində bildirir ki, zəlzələnin manitudası 4,9 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Türkiyənin Van əyalətində isə 4 bal gücündə zəlzələ baş verib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Başkale rayonunda, ocağı isə 6,7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bundan başqa Türkiyənin Manisa əyalətində də 4,7 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Akhisar şəhərindən 7 kilometr şimalda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Türkiyə KİV-lərinin məlumatına sasən, yeraltı təkanlar İzmir, Bursa və İstanbul şəhərlərində də hiss edilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətində 5,7 və 5,9 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər nəticəsində İranda 75 nəfər xəsarət alıb, Türkiyənin Van əyalətində isə 9 nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.