Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

24 Fevral 2020 14:57 (UTC+04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

AzNews.az xəbər verir ki, bu barədə Oxu.az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır:

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm".

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.