Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

24 Fevral 2020 15:55 (UTC+04:00)

Prezident İlham Əliyev Tahir Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

AzNews.az