MSK daha bir məntəqədə nəticəni ləğv etdi

24 Fevral 2020 19:58 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

AzNews.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Başxanım Abbasovanın MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Validə Kazımova bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. V.Kazmova həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.