Aeroport yolunda qəza sıxlığa səbəb oldu

24 Fevral 2020 21:43 (UTC+04:00)

Bakının Suraxanı rayonu ərazisində, Ramana qəsəbəsinə gedən yolötürücü körpünün yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qəza səbəbindən hava limanı istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.