Azərbaycanlı iş adamı “Beşiktaş“ın İdarə Heyətində

25 May 2013 21:30 (UTC+04:00)
Azərbaycanlı iş adamı Mübariz Mənsimov "Beşiktaş"ın İdarə Heyətində təmsil oluna bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, klub prezidentliyinə namizədliyini irəli sürən Sərdar Adalının "Xəzər Lənkəran"ın sahibinin İH-yə girməsi üçün razılığını aldığı bildirilir.

Əgər Mənsimov "Beşiktaş"da olsa, o zaman "Kasımpaşa" klubunun İdarə Heyətinin üzvlüyündən istefa verəcək.

Qeyd edək ki, klub prezidentliyinə seçkidə S.Adalını rəqibi "Beşiktaş"ın indiki rəhbəri Fikrət Ormandır.

AzNews.az