Ukraynanın Milandakı konsulluğu bağlanır

24 Fevral 2020 23:21 (UTC+04:00)

Ukrayna Baş Konsulluğu sabahdan etibarən Milandakı fəaliyyətini dayandıracaq.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb İtaliyada koronavirusun sürətlə yayılmasıdır. Qərar Ukrayna Xarici İşlər Nazirliyi ilə razılaşmadan sonra qəbul edilib. Sabahdan etibarən konsulluq vətəndaşların qəbulunu və sənədlərin verilməsini dayandıracaq.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 200 nəfərə çatıb.