Abşeronda dənizdən qadın meyiti çıxarıldı

24 Fevral 2020 23:57 (UTC+04:00)

Abşeronda dənizdən qadın meyiti çıxarılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.