Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

25 Fevral 2020 11:22 (UTC+04:00)

Türkiyə Azərbaycanla yerüstü yükdaşımaları sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.

Bu barədə “Resmi gazete” məlumat yayıb.

Qeyd olunur ki, tərəflər arasında saziş 2019-cu il dekabrın 6-da Bakıda imzalanıb.

Saziş yük daşımalarının həcminin artırılmasına yönəlib. 2020-ci il üçün kvota tərəflər arasında 35 min daşıma həcmində müəyyən edilib:

“Digər ölkələrdən Türkiyə və Azərbaycan vasitəsilə tranzitlə il ərzində 2,5 min, Türkiyə limanlarından 300 daşıma həyata keçirilə bilər”. (Trend)

AzNews.az