MSK daha 9 məntəqənin nəticələrini etibarsız saydı

25 Fevral 2020 19:37 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd Əfran İbrahimovun müraciətinə baxılıb.

AzNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 9 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”

İclasda daha sonra həmin dairənin 9 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.