Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi bizim də məsələmizdir”

25 Fevral 2020 19:16 (UTC+04:00)

“Dağlıq Qarabağ münaqişəsi bizim də məsələmizdir”.

AzNews.az-ın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.