Mənzildən 35 yaşlı qadının meyiti tapıldı

25 Fevral 2020 23:58 (UTC+04:00)

Bakıda mənzildən qadın meyiti tapılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Əhmədova Arzu Hidayət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.