Azərbaycana sükut çökdü

26 Fevral 2020 17:00 (UTC+04:00)

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib. (APA)

AzNews.az