Artıq bütün qitələrdə Koronavirus var

26 Fevral 2020 19:46 (UTC+04:00)

Koronavirusun Yunanıstan və Braziliyada aşkarlanması ilə artıq bütün qitələrə yayıldığı məlum olub.

AzNews.az CNN Türk-ə istinadən xəbər verir ki, ölümcül xəstəlik bütün qitələrə yayılaraq, ümumilikdə 81 000 insanı yoluxdurub. Virusdan ölənlərin sayı isə dünya üzrə 2700-ü keçib.

Qeyd edək ki, hazırda 43 ölkədə xəstəliyə yoluxma faktı aşkarlanıb.