Daha bir ölkədə koronavirus tapıldı

26 Fevral 2020 22:32 (UTC+04:00)

Finlandiyada da koronavirusa ilk yoluxma halı qeydə alınıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, virus Helsinki tibb dairəsindən olan şəxsdə tapılıb. Onun İtaliyanın Milan şəhərində xəstəliyə yoluxduğu ehtimal edilir.

Qadın özü xəstəxanaya müraciət edərək müalicə olunmasını istəyib.