Gürcüstan İranla gediş-gəlişi dayandırdı

26 Fevral 2020 23:43 (UTC+04:00)

Gürcüstan İrana birbaşa uçuşların dayandırılmasından sonra quru yolu ilə hərəkəti də müvəqqəti dayandırıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Nazirinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, qərar Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə yaradılan fövqəladə koordinasiya qrupunun iclasında qəbul edilib.