“Ara qarışdı, məzhəb itdi” - Bakıda kütləvi dava

27 Fevral 2020 10:15 (UTC+04:00)

Bakıda kütləvi dava olub.

Məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib. Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanıb. (Trend)

AzNews.az