Koronavirus Ümrə ziyarətinə də təsir etdi

27 Fevral 2020 12:20 (UTC+04:00)

Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

NTV-nin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı Xarici İşlər ölkədəki tibb işçilərinin “Covid-19” ilə əlaqəli prosesləri yaxından izlədiklərini bildirib. Açıqlamada bu epidemiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatların, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının (DST) səylərinin dəstəklənəcəyi qeyd edilib: “Görülən qoruyucu tədbirlər çərçivəsində Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına girişin müvəqqəti olaraq dayandırılması qərara alınıb". (APA)

AzNews.az