Prezident Kəmaləddin Heydərov haqqında Fərman verdi

27 Fevral 2020 15:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

AzNew.sz xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasına daxil edilib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.