Bu gün sonuncu sınaq imtahanıdır

26 May 2013 10:10 (UTC+04:00)



APA-nın xəbərinə görə, imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahan respublika üzrə 56 mərkəzdə keçirilir. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi müəllim ayrılıb.

Qeyd edək ki, bu il indiyədək 6 sınaq imtahanı keçirilib. Bu imtahanlar respublikanın bÜtÜn rayonlarını əhatə edib. İmtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.

AzNews.az