84 yaşlı qadının meyiti tapıldı

27 Fevral 2020 23:45 (UTC+04:00)

Bakıda mənzildən qadın meyiti tapılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çistokletova Lyubov Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.