Suriyada şəhid olan türk əsgərlərinin sayı artıb

28 Fevral 2020 07:10 (UTC+04:00)

Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.