Çindən kənarda koronavirusa yoluxanların sayı artıb

28 Fevral 2020 07:25 (UTC+04:00)

Çindən kənarda koronavirusa yoluxanların sayı 46 ölkədə 3664 nəfərə çatıb. Onlardan 57 nəfəri ölüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edək ki, ÜST-in yaydığı son məlumata görə, Çində virusa yoluxan insanların sayı 78630 nəfər, ölənlərin sayı isə 2747 nəfərdir.

Dünya üzrə bu göstərici 82294 nəfərə çatıb.