Koronavirusa yoluxmuş Gürcüstan vətəndaşının hazırkı vəziyyəti açıqlandı

28 Fevral 2020 13:22 (UTC+04:00)

“Gürcüstanda koronavirus diaqnozu qoyulan vətəndaşın sağlamlıq durumu qənaətbəxşdir”.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxnasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslə bağlı gündəlik olaraq laborator araşdırma aparılır və bu vaxta qədər heç bir ağırlaşma halı qeydə alınmayıb.

M.Ezuqbaya pasiyentin vəziyyətinin sabit olduğunu deyib.