NATO Türkiyə ilə bağlı təcili toplandı

28 Fevral 2020 16:00 (UTC+04:00)

Türkiyənin tələbi üzrə keçirilən NATO toplantısı öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Məlumata görə, iclasda Türkiyəni NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Basat Öztürk təmsil edir.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq öz “Twitter” hesabında NATO-nun Türkiyənin tələbi üzərinə bu gün fövqəladə toplantı keçirəcəyini bildirmişdi: “NATO-nun 4-cü maddəsinə əsasən, Türkiyə Suriyadakı son proseslərin dəyərləndirilməsini tələb edib. Tələbə əsasən, bu gün Alyans fövqəladə toplantı keçirəcək”.

Ləman Hüseynzadə