Şok açıqlama: "Apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur"

28 Fevral 2020 18:16 (UTC+04:00)

TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bu gün keçirilən mətbuat konfransında çıxış edib.

AzNews.az-ın xəbərinə görə, o deyib ki, apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur:

"Onun sözlərinə görə, maskanı bütün respirator infeksiya daşıyıcı olan şəxslər taxmalıdır:

"Sağlam insanın maska taxması mühüm deyil. Qoruyuculuğu yüksək olan maskalar ancaq tibb işçiləri üçün istehsal olunur. Bu da apteklərdə satılmır".