TƏBİB-də 24 saat işləyən "Qaynar xətt" yaradılıb

28 Fevral 2020 20:21 (UTC+04:00)

"İnsanları çağırırıq ki, sosial şəbəkələrdə ajiotaj yaratmasınlar. İrandan və digər ölkələrdən gələnləri yoxlayanlar xüsusi geyimdə olurlar, bu görüntüləri "koronavirus var" deyə yaymaq ajiotaj yaradır".

AzNews.az-ın xəbərinə görə, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib: "Biz daim rəsmi məlumatlar açıqlayacağıq. Bu görüntüləri yaymazdan əvvəl bizimlə əlaqə saxlayın, mütəxəssislərdən dəqiq öyrənib məlumat verək".

R. Əliyeva deyib ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb. "Qaynar xətt"in nömrəsi 1542-dir: "Hansısa vətəndaş özündə koronavirusla bağlı şübhə və ya digər əlamətləri hiss edərsə, dərhal bu nömrə ilə əlaqə saxlasın".