Cənubi Koreyada koronavirusa yoluxanların sayı çoxalır

1 Mart 2020 15:49 (UTC+04:00)

Cənubi Koreyada koronavirusa yoluxanlar daha 210 nəfər ataraq 3 736 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib. Qeyd olunub ki, 18 nəfər dünyasını dəyişib.

Yoluxanların ən çoxu ölkədə epidemiyanın mərkəzi olan Tequ şəhəri (136 nəfər), habelə ətrafdakı Kyensan-Punkto (41 nəfər) əyalətinin payına düşür.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa ilk yoluxma halı bu il yanvarın 20-də qeydə alınıb. Son bir neçə gündə ölkədə yeni virusa yoluxan insanların sayında kəskin artım müşahidə olunur. Bununla əlaqədar hökumət 23 fevralda məktəblərdə tədris ilinin başlanmasını bir həftə təxirə salıb.