İdlibdə Suriyanın iki təyyarəsi vuruldu

1 Mart 2020 17:23 (UTC+04:00)

Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarəsi vurulub.

AzNews.az-ın xəbərinə görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi təyyarələr Türkiyə ordusu tərəfindən vurulub.

Xatırladaq ki, Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.