Qüdrət Həsənquliyev PA-nın şöbə müdiri ilə görüşüb

29 Fevral 2020 17:39 (UTC+04:00)

Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Bu barədə BAXCP-nin mətbuat xidmətinə Qüdrət Həsənquliyev məlumat verib.
BAXCP sədri görüşdə siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı yeri və rolu ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.