İlin avtomobili açıqlandı

2 Mart 2020 21:48 (UTC+04:00)

“Car of the Year 2020” (ilin avtomobili) müsabiqəsinin qalibi “Pegeout 208” olub.

Bu barədə AzNews.az müsabiqənin saytına istinadən xəbər verir.

Sözügedən fəxri ada həmçinin “BMW 1-Series”, “Ford Puma”, “Porsche Taycan”, “Renault Clio”, “Tesla 3”, “Toyota Corolla” da iddia edirdilər.

Qeyd edək ki, 1963-cü ildən keçirilən “Car of the Year” müsabiqəsindəki qaliblər Avropanın nüfuzlu avtomobil jurnalistləri tərəfindən təyin olunur.