Naxçıvanda da ümumtəhsil və peşə məktəbləri bağlandı

3 Mart 2020 16:30 (UTC+04:00)

Mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.