Bakıda istirahət mərkəzində yanğın

26 May 2013 19:14 (UTC+04:00)



AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda "Zəngəzur" istehsalat kommersiya firmasına məxsus hər mərtəbəsi 3200 kv.m olan ikimərtəbəli istirahət sağlamlıq mərkəzinin 1-ci mərtəbəsində yerləşən saunanın yanar konstruksiyaları 8 kv.m sahədə, soyunub- geyinmə otağının taxta üzlüyü 20 kv.m sahədə və lambirdən ibarət tavan 4 kv.m sahədə (ümumi 32 kv.m sahədə) yanıb.

İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

AzNews.az