“Google” və “Microsoft”dan koronavirusa görə PULSUZ XİDMƏT

4 Mart 2020 18:54 (UTC+04:00)

ABŞ-ın “Google” və “Microsoft” şirkətləri koronavirus təhlükəsinə görə istifadəçilərə ödənişsiz videozənglər təklif edir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki şirkət korporativ səviyyədə videoəlaqəyə çıxışı açıblar.

İndi onların müştəriləri ay ərzində 250 insana pulsuz videozəng edə bilərlər. Bundan əvvəl isə bu cür zənglər üçün aylıq ödənişin məbləği 13 ABŞ dolları təşkil edirdi.

"Google"un təklifi 4 ay, "Microsoft"un təklif isə 6 ay qüvvədə olacaq.