Metronun “Cəfər Cabbarlı” - “Xətai” xəttində qatar niyə yubanır?

5 Mart 2020 17:15 (UTC+04:00)

Son vaxtlar "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" və "Şah İsmayıl Xətai" stansiyaları arasında hərəkət edən qatarın yubanmasının səbəbi məlum olub.

AzNews.az "Report"a istinadən xəbər verir ki, buna səbəb tuneldə həyata keçirilən təmir-bərpa işlərinin hələ başa çatmaması və qatarın stansiyalararası hərəkət intervalının artırılmasıdır.

Son nəticədə qatarın hərəkətində yubanmalar qeydə alınır. Bundan başqa, qatar adı çəkilən stansiyalarda dayananda maşinistlər yerlərini dəyişir. Bunun üçün maşinistə verilən vaxt da artırılıb. Son nəticədə qatarın bir stansiyadan yola düşmələri arasında əvvəlki kimi 10 dəqiqə deyil, 12 dəqiqə interval yaranır.

"Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında faktı təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl "Cəfər Cabbarlı" stansiyasından yola düşən qatar 3 dəqiqədən sonra "Şah İsmayıl Xətai" stansiyasına çatırdı, 2 dəqiqədən sonra isə bu stansiyanı tərk edərək 3 dəqiqə ərzində geri qayıdırdı.