BŞBPİ-də yeni təyinat

6 Mart 2020 12:41 (UTC+04:00)

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad edib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, V.Eyvazovun əmri ilə Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Təhqiqat şöbəsinin rəisi təyin olunub.